EN

Sabah 39 dərəcə isti olacaq

Azərbaycanda avqustun 29-da havanın 39 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 60-70 %, gündüz 35-40 % təşkil edəcək.

Chosen
15
49
publika.az

10Sources