Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Meksika hökuməti, ABŞ-nin yeni gömrük tənzimləmələri səbəbilə bu ölkəyə poçt göndərişlərini müvəqqəti olaraq dayandıracağını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, Meksika ilə ABŞ arasında gömrük tariflərinin qarşısını almağa yönəlmiş danışıqlar davam edərkən, Meksikadan yeni bir addım gəlib.
Meksikanın milli poçt xidməti Correos de Mexico, ABŞ Prezidenti Donald Tramp administrasiyasının aşağı dəyərli bağlamalara tətbiq edəcəyi yeni gömrük qaydaları səbəbilə ABŞ-yə poçt və yük göndərişlərini dayandırdığını bildirib:
“Meksika, xidmətlərin normal şəkildə yenidən başlamasını təmin edəcək mexanizmlərin müəyyən edilməsi üçün ABŞ rəsmiləri və beynəlxalq poçt təşkilatları ilə danışıqlarını davam etdirir”.
Trampın 30 iyulda imzaladığı fərmanla, 29 avqustdan etibarən dəyəri 800 dollardan aşağı olan ixrac məhsullarına tətbiq olunan gömrük vergisi azadlığı ləğv edilir.
Lakin dəyəri 100 dollardan aşağı olan məktub, sənəd və hədiyyəlik əşyalar gömrük vergisindən azad olaraq qalacaq.
Avstraliya və Hindistan kimi bəzi ölkələr də ABŞ-nin yeni gömrük qaydaları səbəbilə bu ölkəyə poçt göndərişlərinin böyük hissəsini dayandıracaqlarını açıqlayıblar.
Nigar Hacılı
"Cebheinfo.az"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.