EN

"Paşinyan hakimiyyəti də öz hakim mövqeyini qorumaq niyyətindədir"

"Rusiya əleyhinə təbliğatın güclənməsi Ermənistanda bir neçə səbəbdən ortaya çıxmağa başlayıb. Birinci əsas səbəb ondan ibarətdir ki, Ermənistan ABŞ-də Zəngəzur dəhlizi ilə bağlı bir sənəd imzalayıb. Həmin sənədə əsasən, Zəngəzur dəhlizi 99 il müddətinə ABŞ-yə icarəyə veriləcək".

Bu fikirləri Redaktor.az-a politoloq Elçin Xalidbəyli Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının tamamilə çıxarılması tələbi ilə etiraz aksiyası keçirilməsindən danışarkən bildirdi.

"Amerika Birləşmiş Ştatlarının fəaliyyət göstərəcəyi bölgələrdə və yaxud da ona yaxın bölgələrdə hansısa xarici ölkənin, xüsusilə də Rusiyanın hərbi bazasının olması yolverilməz hesab olunur. Böyük ehtimalla, Ağ Evdən rəsmi İrəvana qeyri-rəsmi və yaxud da səhnə arxası kanallarla Rusiya hərbi bazasının çıxarılması ilə bağlı müəyyən tələblər irəli sürülüb. Onsuz da Rusiya bazalarını çoxdan çıxarmaq niyyətində olan Paşinyan hakimiyyəti bu məsələdə hərəkətə keçmək qərarına gəlib. Digər önəmli məqamlardan biri ondan ibarətdir ki, Ermənistan seçkiyə hazırlaşır. Növbəti parlament seçkiləri keçiriləcək".

Onun fikrincə, Paşinyan hakimiyyəti də öz hakim mövqeyini qorumaq niyyətindədir.

"Paşinyan hakimiyyətinin bundan sonra fərqli siyasi-ideoloji təbliğat istiqamətlərinə yönəlmək imkanları yoxdur. Ona görə də Paşinyan hakimiyyəti üçün indi əsas təbliğat tezisləri sülh sazişi, yəni Azərbaycanla sülh sazişinin imzalanması ilə Ermənistanın blokadadan çıxarılması, sülh şəraitində yaşaması, iqtisadi-ticari sahələr üzrə inkişaf perspektivlərinin ön plana keçməsi kimi tezislərdən istifadə olunur. Paşinyan hakimiyyəti Rusiyanı faktiki olaraq xarici düşmən statusunda təbliğ hədəfə alır. Rusiya əleyhinə təbliğatla Qərb tərəfdarlarının, eyni zamanda hələlik bitərəf mövqedən olan və yaxud da mövqeyini müəyyən eləməmiş təbəqələrin səsini cəlb eləmək niyyətindədir. Bu da tamamilə effektiv ola biləcək bir yanaşma tərzidir. Belə anlaşılır ki, hazırda Paşinyan hakimiyyəti ciddi şəkildə növbəti parlament seçkilərinə hazırlaşır və Rusiyanın hədəfə alınması, Rusiyanın sərt şəkildə tənqid olunması, Rusiya hərbi bazasının çıxarılması barədə tələblər də məhz Paşinyan hakimiyyətinin seçki maraqlarından qaynaqlanır".

Aytəkin TOFİQQIZI

Chosen
9
redaktor.az

1Sources