EN

Azərbaycanın Venesueladakı səfiri etimadnaməsini Nikolas Maduroya təqdim edib FOTO

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın Venesueladakı səfiri Ruslan Rzayev etimadnaməsini Venesuela Prezidenti Nikolas Maduroya təqdim edib. Bu barədə SİA-ya səfirlikdən məlumat verilib.

Bildirilib ki, R.Rzayev qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Nikolas Maduroya çatdırıb. Dövlət başçısının salamlarına görə minnətdarlığını bildirən Venesuela Prezidenti, öz növbəsində, onun da salamlarını Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib.

N.Maduro Bakıya səfərlərini məmnunluqla xatırlayaraq bir daha səmimi qonaqpərvərliyə görə Azərbaycan dövlət başçısına təşəkkürünü bildirib.

Görüşdə həmçinin iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə hər iki ölkənin Qoşulmama Hərəkatına sədrliyi dövründəki uğurlu əməkdaşlığın davam etdirilməsi, həmçinin iqtisadi, ticarət, enerji, turizm və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
56
34
sia.az

10Sources