EN

Bu ölkədən məktəblərdə mobil telefon istifadəsinə QADAĞA

Redaktor.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Cənubi Koreya Parlamenti məktəblərdə mobil telefon və rəqəmsal cihazlardan istifadəyə qadağa qoyan qanun layihəsini təsdiqləyib.

Redaktor.az bu barədə ölkə mediasına istinadla xəbər verir.

Yeni qərar 2026-cı ilin mart ayından etibarən qüvvəyə minəcək. Qadağanın tətbiqi, gənclər arasında sosial şəbəkələrdən asılılığın artması ilə bağlı narahatlıqlardan irəli gəlir.

Ölkə üzrə aparılan araşdırmalara görə, orta məktəb və lisey şagirdlərinin 37 faizi sosial medianın gündəlik həyatlarına təsir göstərdiyini, 22 faizi isə hesablarına daxil ola bilmədikdə narahatlıq keçirdiyini bildirir.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
1
redaktor.az

2Sources