EN

Belarusda qeyri adi mikroavtobus: Saunalı Mercedes Benz satışa çıxarıldı FOTO

Bizim media saytına istinadən ain.az xəbər verir.

Belarusda içərisində sauna olan qeyri-adi "Mercedes-Benz T1" markalı yük-sərnişin mikroavtobusu satışa çıxarılıb.Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.Minsk şəhərində satışa çıxarılan avtomobilin yürüşü 599 min kilometr, qiyməti 14 589 Belarus rublu, təxminən 7 300 manat təşkil edir.Mikroavtobusun arxa hissəsində uzunluğu iki metr olan qapalı sauna qurulub. Burada iki skamya və bacası olan soba da mövcuddur.Sauna ilə sürücü oturacağı arasında üç-dörd nəfərlik divan yerləşdirilib.Mikroavtobusda eyni vaxtda yeddi sərnişin hərəkət edə bilər.Nəqliyyat vasitəsi 1993-cü ildə buraxılıb.

 

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
14
2
bizim.media

4Sources