EN

“Qarabağ” ın nə qədər qazandığı məlum oldu Klubların gəlirləri açıqlandı

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

UEFA Çempionlar Liqasının 2025/26 mövsümündə qrup mərhələsində çıxış edəcək 36 klubun ümumi gəlirləri məlum olub.

"AzPolitika" xəbər verir ki, gəlirlər 2 əsas kriteriya üzərindən müəyyən edilib.

İlk kriteriyaya görə, qrup mərhələsində çıxış edəcək bütün klublara 18,62 milyon avro paylanılıb. İkinci kriteriyaya görə, klublar bazar dəyəri və son 10 ildəki UEFA əmsallarına görə (televiziya bazarı, kommersiya dəyərləri və UEFA əmsallarından gələn gəlirlər) əlavə qazanc əldə ediblər. 

Klubların ümumi gəlirləri aşağıdakı kimidir:

- "Mançester Siti" – 64.318 €;

- "PSJ" – 63.037 €;

- "Bayern"  – 61.858€;

- "Liverpul" – 61.410€;

- "Çelsi" – 58.848€;

- "Real Madrid" – 58.464€;

- "Arsenal" – 56.875€;

- "Borussiya Dortmund" – 54.623€;

- "Barselona" – 54.224€;

- "İnter" – 53.724€;

- "Bayer Leverkuzen" – 52.097€;

- "Tottenhem" – 49.881€;

- "Atletiko Madrid" – 47.973€;

- "Yuventus" – 43.087€;

- "Atalanta" – 42.686€;

- "Ayntraxt Frankfurt" – 42.644€;

- "Marsel" – 42.469€;

- "Vilyarreal" – 42.644€;

- "Benfika" – 42.157€;

- "Napoli" – 42.055€;

- "Monako" – 40.466€;

- "Ayaks" – 37.623€;

- "PSV "– 37.174€;

- "Brügge" – 34.958€;

- "Nyukasl" – 34.305€;

- "Sportinq" – 34.126€;

- "Kopenhagen" – 31.461€;

- "Bodo/Qlimt" – 31.407€;

- "Slaviya Praqa" – 29.488€;

- "Olimpiakos" – 29.002€;

- "Atletik Bilbao" – 28.2084€;

- "Qalatasaray" – 25.991;

- "Qarabağ" – 23.775;€

- "Union Sen-Jiluaz" – 23.673€;

- "Pafos" – 21.111€;

- "Kayrat" – 20.522€.

Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla ümumilikdə 23,78 milyon avro gəlir əldə edib. Qeyd etdiyimiz kimi, 18,62 milyon avro – UEFA tərəfindən bütün iştirakçılara ödənilən başlanğıc haqqıdır. Təxminən 5 milyon avro isə klubun UEFA əmsalları və bazar payına görə hesablanıb.

Bundan əlavə, qeyd edək ki, qrup mərhələsində hər qələbə üçün 2,8 milyon avro, heç-heçə üçün isə 930 min avro bonus qazanmaq imkanı var. Əlavə olaraq, komanda pley-off mərhələsinə yüksəlsə, gəlirləri qat-qat arta bilər.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
azpolitika.info

2Sources