EN

Mirzoyan: “Azərbaycana Naxçıvana maneəsiz keçid marşrutu veriləcək”

Dünən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yerli İctimai Televiziyaya müsahibə verib.

Tribunainfo.az xəbər verir ki, o, əsasən Azərbaycan-Ermənistan münasibətlərindən danışıb.

Mirzoyan deyib ki, Ermənistan ərazisində infrastrukturun keçəcəyi, o cümlədən Azərbaycan qatarlarının istifadə edəcəyi torpaq Ermənistan Respublikasına məxsus olacaq. Onun sözlərinə görə, dəhlizin keçəcəyi ərazinin 99 illiyinə icarəyə verilməsi məsələsi hələlil naməlumdur. “99 il haqqında söhbətin hələlik reallığa dəxli yoxdur. Torpaq mülkiyyəti mübahisə edilə bilməz”.

Nazir bildirib ki, Azərbaycan və Ermənistan bir birilərinin nəqliyyat infrastrukturlarından istifadə edəcək. “Biz Azərbaycanın infrastrukturuna çıxış əldə edəcəyik. Təbii ki, Azərbaycan öz infrastrukturumuza, o cümlədən Ermənistan ərazisindən keçməklə Naxçıvanla bağlanan maneəsiz marşruta çıxış əldə edəcək. Bu, Ermənistan üçün beynəlxalq və daxili nəqliyyat hərəkəti üçün qarşılıqlı üstünlüklər yaradacaq”.

Ermənistanın XİN başçısı bunun üçün bəzi addımların atılmasının zəruri olduğunu da qeyd edib. “Bu infrastrukturu açmazdan əvvəl demarkasiya aparılmalı, Ermənistanın bayrağı bu tərəfdə yerləşdirilməlidir. Sərhəddə bir növ sərhəd-buraxılış məntəqəsi tikilməlidir”.

O sonda qeyd edib ki, hər iki tərəf sülhün əldə olunması üçün prosesi inkişaf etdirməlidir. “Biz hələ də sülhü inkişaf etdirməliyik. Suallar var, qarşıda görüləcək işlər çoxdur”.

Fərda Uğur

Chosen
9
1
tribunainfo.az

2Sources