EN

Ağcabədidə yanğın zamanı xəsarət alan şəxs xəstəxanada ölüb

Ağcabədidə maye qazdoldurma məntəqəsində yanğın zamanı xəsarət alan şəxs xəstəxanada ölüb.

"Report"un Qarabağ bürosunun əldə etdiyi xəbərə görə,  1979-cu il təvəllüdlü Ruslan Qurbanov Aşağı Avşar kəndi ərazisindəki maye qazdoldurma məntəqəsində avqustun 21-də baş verən yanğın zamanı aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq R.Qurbanov müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Chosen
16
2
cebheinfo.az

2Sources