EN

Azərbaycan nefti BAHALAŞDI

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti bahalaşıb.

Bizim.Media xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,31 ABŞ dolları və ya 0,45% artaraq 69,61 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 69,3 ABŞ dolları idi.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Bizim.Media

Chosen
12
49
bizim.media

10Sources