Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynaya növbəti kütləvi zərbəsi nəticəsində biri uşaq olmaqla azı 8 nəfərin həlak olduğunu bildirib.
Bu barədə APA Ukraynanın “Unian” İnformasiya Agentliyinə istinadən xəbər verir.
Volodimir Zelenski qeyd edib ki, dağıntılar altında hələ də insanlar ola bilər. Onlarla xəsarət alan var.
"Rusiyanın bu raketləri və hücumu pilotsuz təyyarələri bu gün dünyada həftələr və aylardır atəşkəs və real diplomatiyaya çağıran hər kəsə aydın cavabdır. Rusiya danışıqlar masasını deyil, ballistikanı seçir", - Volodimir Zelenski “Telegram”da qeyd edib.
Prezident vurğulayıb ki, Rusiya “dünyanın bir hissəsinin” öldürülən uşaqlara göz yummasından istifadə edir.
Buna görə də o, baş verənlərə Çindən reaksiya gözlədiyini bildirib: "Axı məhz Çin dəfələrlə “müharibənin genişləndirilməməsi və atəşkəs” barədə çağırışlar edib".