EN

“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi

Bakıda UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” və Macarıstanın “Ferensvaroş” komandaları arasında cavab oyunu keçirilib.

Doğru.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam klubunun heyətində Leandro Andrade və Abdullah Zubir fərqlənib. Rəqib tərəfdən isə Lenni Jozef, Barnabaş Varqa (penalti) və Aleks Tot qolların müəllifi olublar.

İlk görüşdə 3:1 hesabı ilə qalib gələn “Qarabağ” ümumi nəticəyə görə tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edib.

DOĞRU.AZ

Chosen
14
4
dogru.az

10Sources