EN

Saunalı "Mercedes-Benz": Belarusda qeyri-adi mikroavtobus satışda - FOTO

Belarusda "Mercedes-Benz T1" markalı yük-sərnişin mikroavtobusunun qeyri-adi nümunəsi satışa çıxarılıb.

Avtosfer.az xəbər verir ki, bu barədə auto.ru məlumat yayıb.

Yürüşü 599 min kilometr olan avtomobilin qiyməti 14 589 Belarus rublu, təxminən 7 300 manat təşkil edir.

T1-in arxa hissəsində uzunluğu iki metr olan qapalı sauna qurulub. Burada iki skamya və bacası olan soba da mövcuddur.

Sauna ilə sürücü oturacağı arasında üç-dörd nəfərlik divan yerləşdirilib.

Mikroavtobusda eyni vaxtda yeddi sərnişin hərəkət edə bilər.

Avtomobil 1993-cü ildə buraxılıb və mexaniki sürət qutusu ilə 2,3 litrlik dizel mühərriki ilə təchiz edilib.

 

Chosen
7
1
avtosfer.az

4Sources