EN

Yeni animasiya "Netflix"in ən çox baxılan filmi oldu

Yazını böyüt
Yazını kiçilt

"K-Pop Demon Hunters" musiqili animasiyası "Netflix" tarixində ən çox izlənilən film olub.

Hafta.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb. Məlumata görə, film platformadakı bütün əvvəlki hitləri geridə qoyub. Təkcə avqustun 18-dən 24-dək "Netflix" striminq xidmətində filmə 25,4 milyon baxış olub. İyunun 20-dəki premyeradan bu yana isə ümumi baxış sayı 236 milyona çatıb.

Teleseriallar kateqoriyasında isə həftənin lideri "Wednesday" serialı olub. Filmin ikinci mövsümü artıq 13,4 milyon baxış toplayıb.

Chosen
13
1
hafta.az

2Sources