EN

Şəhərin mərkəzində moped sürücüsü təkər qaldırıb şou göstərdi VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda moped sürücülərinin təhlükə saçan hərəkətləri avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Niyazi küçəsində qeydə alınıb. Belə ki, moped sürücülərindən biri hərəkət zamanı ön təkəri havaya qaldıraraq şou göstərib. Videodan da aydın şəkildə görünür ki, həmin mopeddə olan sərnişin dəbilqədən istifadə etməyib. Sürücünün göstərdiyi şou zamanı qəza baş versəydi, sərnişinin ağır xəsarət alması qaçılmaz olacaqdı.

Videodan aydın şəkildə görünür ki, onların arxasınca hərəkət edən mopedin nə sürücüsü, nə də ki, sərnişini dəbilqədən istifadə etməyib.

Fərid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
31
avtosfer.az

1Sources