ain.az, Oxu.az portalına istinadən məlumat yayır.
"Kəpəz"in mövsümə uğursuz start verməsi səbəbindən klub rəsmiləri artıq radikal addımlar atmağı düşünürlər.
Oxu.Az Sport23.az-a istinadən xəbər verir ki, klubun başbilənləri "Zirə" ilə matçdan sonra baş məşqçi Adil Şükürovla bağlı yekun qərarlarını açıqlayacaqlar.
Belə ki, "sarı-göylər" "qartallar"a da məğlub olacağı təqdirdə yeni baş məşqçi axtarışına çıxacaqlar.
Hətta klub rəsmiləri iki yerli və bir əcnəbi ilə də danışıqlara başlayıblar.
Qeyd edək ki, Misli Premyer Liqasının ilk turunda "Sumqayıt"a 0:3 hesabı ilə məğlub olan Adil Şükürovun yetirmələri, 2-ci oyun həftəsində "Karvan-Yevlax"a yeniliblər - 2:3.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.