Bakı. Trend:
UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekunvurulub.
Trend-inməlumatına görə, bununla da Liqa mərhələsinə son 4 vəsiqənin sahibibəlli olub.
Günün ilk matçında “Qarabağ” Bakıda Macarıstanın “Ferensvaroş”kollektivini qəbul edib. Ağdam təmsilçisi rəqibinə 2:3 hesabı iləməğlub olsa da, səfərdəki qələbə hesabına əsas mərhələyəyüksəlib.
Türkiyənin “Fənərbağça” klubu Portuqaliyada “Benfika”nın qonağıolub. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi iləyekunlaşıb. İstanbuldakı ilk görüş qolsuz heç-heçə ilə başa çatdığıüçün “Fənərbağça” turnirdə mübarizəni dayandırıb.
Bundan başqa, “Brügge” Belçikada Şotlandiyanın “Reyncers”komandasını 6:0, “Kopenhagen” isə Danimarkada İsveçrə “Bazel”ini2:0 hesabı ilə məğlub edib.
İlk oyun günündə Qazaxıstanın “Kayrat”, Norveçin “Budyo/Qlimt”və Kiprin “Pafos” klubları turnirin Liqa mərhələsinə vəsiqəqazanıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşləri
27 avqust
20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) -2:3
İlk oyun - 3:1
23:00. "Benfika" (Portuqaliya) - "Fənərbağça" (Türkiyə) -1:0
İlk oyun - 0:0
23:00. "Kopenhagen" (Danimarka) - "Bazel" (İsveçrə) - 2:0
İlk oyun - 1:1
23:00. "Brügge" (Belçika) - "Reyncers" (Şotlandiya) - 6:0
İlk oyun - 3:1