EN

AFFA prezidenti: "Qarabağ" futbol klubuna yeni qələbələr diləyirəm"

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf "Qarabağ" futbol klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Milli assosiasiyanın rəhbəri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

"Qarabağ" futbol klubunu tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak haqqı qazanması münasibətilə ürəkdən təbrik edir, yeni qələbələr arzulayıram", - qurumun prezidenti qeyd edib.

Chosen
26
16
far.az

10Sources