EN

Yevlaxda 16 yaşlı uşağı bıçaqlayan 20 yaşlı şəxs saxlanılıb

Yevlaxda

Yevlaxda 16 yaşlı oğlan bıçaqlanıb.

Məlumata görə, şəhər ərazisində 2009-cu il təvəllüdlü H.Qasımov mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Onun hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı hələ məlum deyil.

Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır(report).

***

Yevlaxda 16 yaşlı oğlanı bıçaqlayan 20 yaşlı şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Reyting.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini 2005-ci il təvəllüdlü Qeys Yolçuyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

27 avqust, 21:39
Chosen
37
1
reyting.az

10Sources