EN

Macarıstan Aİ-nin Ukraynaya hərbi yardım qərarını məhkəməyə verib

Macarıstan hökuməti Luksemburqdakı Avropa İttifaqı Ümumi Məhkəməsinə müraciət edərək, dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərin Ukraynanın hərbi ehtiyaclarına yönəldilməsinə dair Aİ Şurasının qərarını ləğv etdirməyə çalışır.

İddia iyul ayında təqdim olunub və bu həftə bazar ertəsi məhkəmə işi qəbul edib.

Qərara görə, hər il Avropadakı Rusiya aktivlərindən təxminən 3–5 milyard avro Ukraynanın hərbi ehtiyaclarına ayrılmalıdır.

//Samir Qurbanov, Editor.az

Chosen
25
7
editor.az

9Sources