EN

Yevlaxda ötən gün bıçaqlanan kişi xəstəxanada öldü

Ötən gün Yevlaxda mübahisə zəminində bıçaqlanan Hüsü Talıbov vəfat edib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, o, edilən tibbi müdaxilələrə baxmayaraq müalicə aldığı xəstəxanada ölüb.
 

MÖVZU İLƏ BAĞLI:

Yevlaxda 66 yaşlı kişi bıçaqlandı - Oğlu şübhəli bilinir


Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən zərərçəkmişin 36 yaşlı oğlu Vüsal Talıbov polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İbtidai istintaq aparılır.

Qeyd edək ki, saxlanılan şəxs – V.Talıbov Vətən müharibəsi qazisidir.

Bizim.Media

Chosen
72
4
bizim.media

5Sources