EN

Naxçıvanda çörək emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Kəngərli rayonu, Xok kəndində fəaliyyət göstərən, Sabir Zakir oğlu Abtalıbova məxsus çörək emalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb.

Missiya.Az xəbər verir ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı və təmirə ehtiyac olduğu müəyyən edilib.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılana qədər emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Chosen
99
16
missiya.az

10Sources