Çin sürətlə nüvə arsenalını genişləndirir və son iki il ərzində İngiltərənin indi malik olduğu qədər strateji silah əldə edib.
Mia.az Report-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisinin strateji çəkindirmə və nüvə inteqrasiyası üzrə müavini, general-leytenant Endryu Cebara deyib.
Onun sözlərinə görə, Çin illər əvvəl minimal çəkindiricilikdən bu gün gördüyümüz strateji sıçrayışa keçmək qərarına gəlib: "Onlar sürətlə tikib və sürətlə hərəkət edirlər. Bunu davam etdirəcəklər".