EN

“Araz-Naxçıvan” Çempionlar Liqasına möhtəşəm qələbə ilə başladı

Futzal üzrə Azərbaycan çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində ilk oyununa çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, təmsilçimiz Şimali İrlandiyanın “Sparta Belfast” klubuna qarşı qüvvəsini sınayıb.

Avstriyanın Linz şəhərində yerləşən NMS İdman Sarayında keçirilən görüşdə “Araz-Naxçıvan” rəqibini 9:1 hesabı ilə darmadağın edib.

Qrup mərhələsində çıxışını davam etdirən komandamız sabah Şotlandiyanın “PYF Saltires” klubu ilə üz-üzə gələcək. Avqustun 30-da isə təmsilçimizi meydan sahibi “Ljuti Krajişniçi” ilə qarşılaşma gözləyir.

Chosen
44
90deqiqe.az

1Sources