EN

İranın cənub şərqində toqquşmalar: Ölənlər var

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İranın Sistan və Bəlucistan bölgəsində baş verən toqquşmalarda hökumət qoşunlarının bir hərbçisi ölüb.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qüvvələrinin "Qüds" bazasının komandiri bildirib.

O, üç şəhərdə - İranşəhr, Xaş və Saravanda keçirilən əməliyyatlar zamanı "terrorçu" adlandırdığı 13 nəfərin öldürüldüyünü deyib.

Toqquşmaların səhər saat 5 radələrində başlayıb və səhər saat 10-a qədər davam etdiyi qeyd edilib.

Məlumata görə, bu bölgədə davamlı olaraq yüngül və ağır silahlardan açılan atəş səsləri, eləcə də artilleriya, qumbara və minaatan partlayışları eşidilib. Toqquşmalardan yaranan tüstü isə uzaqdan görünüb.

Həmçinin bildirilib ki, "Ceyş əl-Ədl" qruplaşması İran qüvvələri ilə toqquşmaları və bir neçə döyüşçüsünün həlak olduğunu təsdiqləyib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
3
2
oxu.az

3Sources