EN

İsrail Qəzzanın təxliyə edilməsini qaçılmaz hesab edir

İsrail ordusu Qəzzanın evakuasiyasını qaçılmaz hesab edir.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail ordusunun ərəbdilli sözçüsü Aviçay Adrae bəyanat verib.

“Qəzza şəhərinin evakuasiyası qaçılmazdır və buna görə də cənub tərəfə hərəkət edən hər bir ailə ən çox humanitar yardımları alacaq. İsrailin müdafiə naziri çadırların və humanitar yardımların paylanması üçün xüsusi mərkəzlərin hazırlanmasına başlayıb” bəyanatda qeyd edilib.

Xatırladaq ki, bir müddət əvvəl İsrailin təhlükəsizlik kabineti Qəzzanın tamamilə ələ keçirilməsi ilə bağlı qərarı təsdiq edib.

İsrail əməliyyatlar səbəbindən əhalini Qəzzanın cənub bölgəsinə doğru hərəkət etməyə çağırıb.

Chosen
4
3
redaktor.az

4Sources