EN

Analitik Ekspertiza Mərkəzi hansı müəssisələriyoxlamaq səlahiyyətinə malikdir?

"Səhiyyə Nazirliyinin nəzarətedici qurumu kimi Analitik Ekspertiza Mərkəzinin əsas fəaliyyətlərindən biri özəl tibb fəaliyyəti subyektlərinin, yəni özəl tibb fəaliyyəti ilə məşğul olan müəssisələrin vaxtaşırı yoxlamalarını həyata keçirməkdir".

Redaktor.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova qeyd edib.

Onun sözlərinə görə, ümumiyyətlə, özəl tibb fəaliyyəti qanunvericiliyə əsasən lisenziya tələb olunan fəaliyyətdir və həmin müəssisələr İqtisadiyyat Nazirliyi tərəfindən lisenziyalaşdırıldıqdan sonra dövlət qeydiyyatına alınır:

"Analitik Ekspertiza Mərkəzi sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun tələblərinə əsasən həmin müəssisələrdə planlı və plandankənar yoxlamaları həyata keçirir".

Nuriyyə NATİQQIZI

Chosen
9
2
redaktor.az

3Sources