EN

Bağçalar açılır: Valideynlər nələrə diqqət etməlidirlər?

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Son illərdə valideynləri narahat edən əsas məsələlərdən biri də bağçalarda uşaqların tez-tez xəstələnməsidir.

Rəsmi məlumatlara görə, keçən il ölkə üzrə məktəbəqədər təhsil müəssisələrində 50 mindən çox xəstələnmə halı qeydə alınıb.Belə halların artması bağçalarda gigiyena, qidalanma və göstərilən diqqətin yetərli olub-olmadığı məsələsini gündəmə gətirir.

Bəs uşaqların bu qədər tez-tez xəstələnməsinə səbəb nədir və bunun qarşısını almaq üçün bağçalarda hansı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən pediatr Günay Rəsulova bildirdi ki, bağçalarda uşaqların tez-tez xəstələnməsinin səbəbi infeksiya, zəif immunitet və gigiyena çatışmazlığıdır:

“Bağçalarda uşaqların çox xəstələnməsinin əsas səbəbi infeksiyalarla tez-tez təmasda olmalarıdır. Çünki hava-damcı yolu ilə yayılan infeksiyalar ən çox ilk 5 yaşda müşahidə olunur və uşaqlar bir-birlərini asanlıqla yoluxdururlar.

Onların tez-tez əşyalarını paylaşması, bir-biri ilə yaxın təmasda olması və xəstə uşaqların baxçaya göndərilməsi infeksiyanın yayılmasına səbəb olur. Eyni zamanda, peyvəndləri vaxtında vurulmayan uşaqlarda immun sistemi zəif olur və bu da onların daha tez-tez xəstələnməsinə şərait yaradır. Uşaqların gec yatması, düzgün və sağlam qidalanmaması da xəstələnmə hallarını artıran digər mühüm amillərdəndir”.

Onun sözlərinə görə, xəstələnmənin qarşısı almaq üçün gigiyena, qidalanma və peyvənd vacibdir. “Bağçalarda uşaqların xəstələnməsinin qarşısını almaq üçün ilk növbədə valideynlər xəstə uşaqları kollektivə göndərməməlidirlər. Bu məsələyə bağçalar da ciddi nəzarət etməli, xəstə uşaqlar müəyyən olunaraq geri qaytarılmalıdır.

Əgər uşaq baxçaya sağlam gəlib, gün ərzində narahatlıq hiss olunarsa, dərhal valideyninə xəbər verilməli və uşaq digər uşaqlardan təcrid edilməlidir”. Pediatr qeyd edib ki, baxçalarda vitaminlərlə zəngin olan menyulardan istifadə edilməlidir:

“Uşaqların tez-tez xəstələnməsinin qarşısını almaq üçün onların şəxsi gigiyenasına xüsusi diqqət yetirilməlidir. Əllərin tez-tez yuyulması, xəstə uşağın əşyalarının digərləri ilə paylaşılmaması vacibdir.Bağçalarda yemək menyusu uşaqların immun sistemini gücləndirəcək şəkildə hazırlanmalı, vitaminlərlə zəngin qidalar menyuya daxil edilməlidir.

Eyni zamanda, profilaktik peyvəndləri tamamlanmamış uşaqların bağça və məktəblərə qəbuluna nəzarət gücləndirilməlidir.Bu yolla valideynlər peyvəndləri vaxtında etdirməyə təşviq olunacaq, çünki hazırda lazımsız şəkildə peyvənddən yayınma halları müşahidə olunur”.

Gülər

“Cebheinfo.az

Açar sözlər:

Bağçavalideyn Günay Rəsulova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
1
cebheinfo.az

2Sources