EN

“Zelenski də tamamilə günahsız deyil” Tramp Ukraynaya sanksiya eyhamı vurdu

ain.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

“Zelenski də tamamilə günahsız deyil. Tanqo üçün iki nəfər lazımdır”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Tramp Ağ Evdə iclasdan sona keçirdiyi brifinqdə Ukraynada münaqişənin sülh yolu ilə nizamlanma haqqında danışarkən deyib.

“Əminəm ki, Ukrayna qalib gələcəyini düşünürdü. Siz özünüzdən 15 dəfə böyük olanı məğlub edəcəksiniz. Bayden buna (Rusiyanın Ukraynaya geniş miqyaslı işğalına) imkan verməməli idi”, -deyə  ABŞ prezidenti bildirib.

Müharibəyə son qoymaq üçün bir vasitə kimi sanksiyalar və tariflərdən danışan Tramp birdən-birə Ukraynanın adını çəkib: “Hər həftə minlərlə gənc ölür. Əgər mən sanksiyalar tətbiq etməklə və ya Rusiyaya, Ukraynaya və ya kiməsə baha başa gələcək çox böyük tariflərdən istifadə etməklə bunun qarşısını ala bilsəm… Yeddi müharibəni dayandırmışam”, – ABŞ prezidenti bildirib.

Tramp bildirib ki, ABŞ hazırda Ukraynaya hərbi yardım göstərən NATO müttəfiqlərinə silah tədarükünü artıracaq.

Tacxeber.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
3
hurriyyet.az

4Sources