EN

Maykl Ceksonun oğlu nişanlandı - FOTO

Mərhum pop ulduz Maykl Ceksonun 28 yaşlı oğlu Prins Cekson nişanlanıb.

News24.az xəbər verir ki, bu barədə Prins instaqram hesabında post paylaşıb.

O, paylaşımında bu sözləri yazıb:

“Moli və mən birlikdə çox gözəl illər keçirdik və unudulmaz xatirələr yaratdıq. Həyatımızın bu yeni fəslini səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Prins və nişanlısı Moli 8 ildir münasibətdədirlər. Onlar bu il avqustun 26-da nişanlanıblar.

Xatırladaq ki, Prins Maykl Ceksonun üç övladı arasında ən böyüyüdür.



Chosen
51
4
news24.az

5Sources