EN

“Hələ də inana bilmirəm ki, oradayıq” – “Kayrat”ın baş məşqçisi

Xəbər verdiyimiz kimi, “Kayrat” ötən gecə Çempionlar Liqasının pley-off mərhələsində “Seltik”i penaltilərlə mübarizədən kənarlaşdıraraq əsas mərhələyə vəsiqə qazanıb.

Tribunainfo.az xəbər verir ki, oyundan sonra Qazaxıstan təmsilçisinin baş məşqçisi Rafael Urazbaxtin komandasının ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsini şərh edib.

“Maksimum Konfrans Liqasını düşünürdük. Amma indi özümüzü Çempionlar Liqasında tapdıq. Hətta uşaqlara dedim ki, biz yaman iş gördük. Hələ də tam inana bilmirəm ki, oradayıq. Hədəfimiz nə olacaq, görəcəyik, proqnoz verməyi sevmirəm, sakit və tədricən irəliləməyi xoşlayıram.”

Chosen
3
1
tribunainfo.az

2Sources