EN

İstanbulda müharibələrin bəşəriyyətə vurduğu zərərlərlə bağlı müzakirələr aparılıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

İstanbul, 27 avqust, Günel Karatepe, AZƏRTAC

Türkiyənin İstanbul şəhərində İkinci Dünya müharibəsindən sonra sülh müqaviləsinin imzalanmasının 80-ci ildönümü münasibətilə tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin ev sahibliyi ilə keçirilən mərasimdə İstanbuldakı diplomatik korpusların nümayəndələri, o cümlədən Azərbaycanın bu şəhərdəki baş konsulu Nərminə Mustafayeva, Türkiyənin dövlət rəsmiləri, elm xadimləri və başqaları iştirak ediblər.

Tədbir Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin mərasim iştirakçılarına ünvanladığı videomüraciətlə başlayıb. Müraciətində müharibələrin bəşəriyyətə vurduğu böyük zərərlərdən danışan şeyxülislam Azərbaycanın Qarabağ bölgəsinin uzun illər davam edən işğal dövrünü xatırladıb. Eyni zamnada, Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış vəziyyətdən və Vaşinqtonda əldə olunan tarixi uğurdan bəhs edib. O, tezliklə dünyanın bütün bölgələrində qanlı müharibələrin başa çatmasını və silahların susmasını diləyərək, bu kimi tədbirlərin insanların yaddaşının təzələnməsində böyük rol oynadığını vurğulayıb.

Tədbir Türkiyədən olan professorlar İlber Ortaylı, Hasan Ünal, Nilüfer Narlı və digərlərinin mövzu ilə bağlı məruzələri ilə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
azertag.az

1Sources