Mərhum pop ulduz Maykl Ceksonun 28 yaşlı oğlu Prins Cekson nişanlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Prins instaqram hesabında post paylaşıb.
O, paylaşımında bu sözləri yazıb:
“Moli və mən birlikdə çox gözəl illər keçirdik və unudulmaz xatirələr yaratdıq. Həyatımızın bu yeni fəslini səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, Prins və nişanlısı Moli 8 ildir münasibətdədirlər. Onlar bu il avqustun 26-da nişanlanıblar.
Xatırladaq ki, Prins Maykl Ceksonun üç övladı arasında ən böyüyüdür.
"Cebheinfo.az"