Bakı, 27 avqust — Azadmedia.az
Azərbaycan-Türkmənistan-Özbəkistan əməkdaşlığı son illərdə xüsusi olaraq dinamik inkişaf nümayiş etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il avqustun 22-də Türkmənistana rəsmi səfəri bu əməkdaşlığın zirvəsi kimi qiymətləndirilir. Ölkəmizin başçısı səfər çərçivəsində mətbuata verdiyi Bəyanatda vurğulayıb: “Türkmənistan əmin əllərdədir.” Bu sözlər yalnız diplomatik ifadə deyil, Avaza şəhərində gedən yenidənqurma və abadlaşma işlərinin açıq təsdiqidir. Hər yeni küçə, hər abad meydan, hər inşa edilən yeni şəhər Azərbaycanın və Türkmənistanın qardaşlıq əzmindən xəbər verir, bu inkişafa qardaş sevinci, dost təbriki də əlavə olunur.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev “Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı”nı qəbul etdilər.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə “Türkmənhavayolları” Dövlət Xidməti arasında beynəlxalq hava əlaqələrinin gələcək inkişafı haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və “Türkmənhavayolları” Dövlət Xidmətinin sədri Dovran Saburov imzaladılar.
Füzuli şəhəri (Azərbaycan Respublikası) ilə Arxadağ şəhəri (Türkmənistan) arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında Protokolu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistan Prezidenti yanında Arxadağ şəhərinin inşası üzrə Dövlət Komitəsinin sədri Deryageldi Orazov imzaladılar.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkmənistanın Dəmiryolu Nəqliyyatı Nazirliyi və Özbəkistan Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat-logistika əməkdaşlığı sahəsində Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, Türkmənistanın dəmiryolu nəqliyyatı naziri Mammed Akmammedov və Özbəkistan Respublikasının nəqliyyat naziri İlxom Maxkamov imzaladılar.
Orxan Şükürov – Masallı rayonu Lürən kənd sakini