EN

Sarqisyan haqqında açılmış cinayət işinin araşdırılmasına, işdə günahı olub olmamasının müəyyən edilməsinə qərar verilib

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xocalı qatili Serj Sarqsyanın İrəvanda məhkəməsi başlayıb. O rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırılır. Sarqsyanın vəkili sübutların qanunsuz formada yığıldığını iddia edərək işə xitam verilməsi barədə vəsatət qaldırıb. Lakin məhkəmə Serj Sarqsyana qarşı qaldırılan cinayət təqibinə xitam verməkdən imtina edib.

“Ana Vətən” partiyasının sədr müavini Yalçın Hacızadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ermənistanın sabiq prezidenti Serj Sarqisyana qarşı Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq yekunlaşaraq baxılması üçün Antikorrupsiya Məhkəməsinə göndərilib.

Yalçın Hacızadə

“Sarqisyan 2008-ci ilin fevralında Baş nazir postunu tutarkən baş köməkçisi (eks-prezident Köçaryanın kürəkəni Mikael Minasyan) ilə birlikdə 2.9 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur. İstintaqın gəldiyi qənaətə görə Sarqisyan 2,9 milyon dollar rüşvət almaqla Ermənistanda qeydiyyatdan keçmiş şirkətlərdən birinin səhmlərinin 100 faizinin xarici investora satılmasına mane olmamaq barədə razılığa gəlib. Sarqisyanın vəkili bu rüşvət ittihamı üzrə cinayət təqibinə xitam verilməsi üçün məhkəməyə vəsatət versə də, məhkəmə vəsatəti əsassız sayaraq, təmin etməyib. Cinayət təqibi — cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir. Yəni Ermənistan Antikorrupsiya Məhkəməsi Sarqisyan haqqında açılmış cinayət işinin araşdırılmasına, onun bu işdə günahı olub-olmamasının müəyyən edilməsinə qərar verib”-deyən politoloq xatırladıb ki, Serj Sarqisyan bundan başqa daha iki cinayət işi üzrə də təqsirləndirilir və onlardan biri neft məhsulları idxal edən "Flash" şirkətinin mühafizəsi, ikincisi İrəvandakı "Yerablur" hərbi panteonu yaxınlığındakı torpaq sahələrinin özəlləşdirilməsi ilə bağlıdır.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
bizimyol.info

1Sources