Xarici tədqiqatlara görə, qızlarda qarın nahiyəsində yığılan piylənmə əsasən xolesterolun azalması və qan təzyiqinin yüksəlməsi ilə əlaqələndirilir.
News365.az xəbər verir ki, oğlanlarda isə bu proses daha çox qlükoza səviyyəsinin artması və təzyiqin yüksəlməsi ilə bağlı olur.
Mütəxəssislər bildirirlər ki, qarın piylənməsi üç yaşdan etibarən formalaşmağa başlayır, 5-7 yaş arasında təkrarlana bilir və yetkinlik dövründə daha da güclənir.
Pediatrların sözlərinə görə, uşaqlarda qarın piylənməsini müəyyənləşdirmək çətin deyil. Bunun üçün sadə şəkildə bel ətrafının ölçülməsi kifayətdir. Əgər bu göstərici uşağın yaşıdlarının 90 faizindən yüksəkdirsə, erkən piylənmədən danışmaq olar.
Alimlər vurğulayırlar ki, qarın piylənməsi metabolik sindromun ilkin əlamətlərindən biridir və çox vaxt xəstəliyin başlanğıc mərhələsində üzə çıxır.
News365.az