Ermənistan və Qırğızıstan xarici işlər nazirləri Ararat Mirzoyan və Jeenbek Kulubayev telefon danışığı zamanı Azərbaycan və Ermənistan arasında Vaşinqtonda əldə edilmiş razılaşmaları müzakirə ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri ölkə XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb.
Onlar həmçinin Qırğızıstan-Ermənistan münasibətlərinin inkişafını, regional və beynəlxalq gündəliyə aid məsələləri müzakirə ediblər.