EN

Dövlət Sosial Müdafiə Fondu avqust ayının bütün sosial ödənişlərini yekunlaşdırıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının bütün sosial ödənişləri başa çatdırılıb.

QHT.az xəbər verir ki, belə ki,

  • avqustun 13-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə avqust ayının pensiyaları,
  • avqustun 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin avqust ayı üzrə pensiyaları,
  • avqustun 27-də isə avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Chosen
14
43
qht.az

10Sources