EN

Çinli turistləri cəlb etmək üçün hansı tədbirlər görülür?

Bakı. Trend:

Azərbaycanın turizm baxımından cəlbediciliyinin artmasının əsassəbəblərindən biri ölkənin zəngin və müxtəlif turizm təkliflərininbir arada təqdim edilməsidir.

Trendxəbər verir, bunu Azərbaycan Turizm Bürosunun İdarə Heyəti sədrininmüavini Cavanşir Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan həm mədəni, təbiət və macəra,sağlamlıq, həm də işgüzar turizm sahəsində geniş imkanlaramalikdir:

“Çinli turistlər üçün vacib amillərdən biri ölkəmizdəkistabillik və təhlükəsizlikdir. Digər mühüm amil isə Çində həyatakeçirilən təbliğat işləridir. Biz həm B2B, həm də B2Cistiqamətlərində aktiv fəaliyyət göstəririk – sərgilərdə iştirakedir, roadshow-lar təşkil edirik, sənaye nümayəndələriniAzərbaycana dəvət edərək onlara turizm məhsullarımızı təqdimedirik.

Eyni zamanda, Çinin aparıcı onlayn platformaları, turoperatorları və sosial şəbəkələri ilə əməkdaşlıq edirik”.

O qeyd edib ki, turizm sənayesi bu tələbatı qarşılamağahazırlaşır:

“Artıq bir çox şirkət və hotellərdə çin dili bilən əməkdaşlarçalışır. Bundan başqa, tədbirlərdə tərcüməçi xidmətləriningöstərilməsi ilə dil baryerinin aradan qaldırılmasına dəstəkveririk”.

Məqalədə:
Chosen
41
az.trend.az

1Sources