İsrail ordusuna məxsus silahlı pilotsuz uçuş aparatları (PUA) Suriyanın paytaxtı Dəməşqin ətrafındakı Küsve bölgəsinə hücumlar təşkil edib.
"Cebheinfo.az" xəbər verir ki, Suriya dövlət televiziyası Əl-İxbariyyənin verdiyi məlumata görə, İsrail PUA-ları dünən günorta saatlarından sonra Dəməşqin cənub-qərbində yerləşən Küsve bölgəsində Suriya ordusuna məxsus bəzi mövqeləri hədəfə alıb.
Gerçəkləşdirilən hücumlar nəticəsində 6 suriyalı əsgər həlak olub. Dünən Suriya dövlət televiziyası Əl-İxbariyyə, İsrail qüvvələrinin Kuneytranın şimalındakı Tırınce kəndində bir evə təşkil etdiyi hücumda 1 mülki şəxsin öldüyünü açıqlamışdı.
Suriya Xarici İşlər Nazirliyi İsrailin hücumlarını "şiddətlə" qınamışdı.