EN

Daha bir türk klubu Çempionlar Liqasının qrup mərhələsində – VİDEO

Qazaxıstanın “Kayrat” klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.

Heftelik.az Report-a istinadən xəbər verir ki, Almatı təmsilçisi pley-off mərhələsində “Seltik”i (Şotlandiya) üstələməklə bu uğura imza atıb.

Qlazqoda keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb. Cavab matçının əsas və əlavə vaxtında da hesab açılmadığından qalibi müəyyən etmək üçün penaltilar seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq oynayan “Kayrat” (3:2) qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlib.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan klublarından turnirin pley-offunu keçmək “Astana”ya (2015/2016) müyəssər olmuşdu.

ediblər.
Chosen
23
4
heftelik.az

7Sources