EN

Prezident İlham Əliyev: Düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə təriqətlərə ayrılmaqdır

BAKI, TurkicWorld

Azərbaycan şiə və sünni müsəlmanların eyni vaxtda eyni məsciddə ibadət etdikləri az sayda ölkələrdən biridir. Biz fərq qoymuruq.

TurkicWorld xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev "Əl-Ərəbiyyə" kanalına müsahibəsində deyib.

"Biz düşünürük ki, müsəlman dünyası üçün ən böyük təhlükə təriqətlərə ayrılmaqdır, - dövlətimizin başçısı bildirib ki, müsəlman dünyasına ən böyük ziyanı təriqət ayrılığını təbliğ edən insanlar vururlar. Biz bir olmalıyıq. Biz müsəlmanıq və bizim üçün bir nömrəli məsələ budur.

Chosen
38
14
turkic.world

10Sources