EN

Tramp Kiyevə də sanksiyalar tətbiq edə bilər

AzVision.az xəbər verir ki, Amerika lideri, o cümlədən təkcə Rusiyaya deyil, Ukraynaya qarşı da sanksiyaların və rüsumların tətbiqinin mümkün olmasından danışıb.

“Zelenski də tamamilə günahsız deyil. Tanqo üçün iki nəfər lazımdır...Ukrayna prezidenti ilə mənim hazırda yaxşı münasibətim var”, - jurnalistlərlə söhbətində Donald Tramp deyib.

Ağ Ev rəhbərinin sözlərinə görə, o, Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşün keçirilməsinə çalışacaq.

- Hər ikisini eyni anda bir araya gətirməliyəm. Amma hər şeyin bitməsini istəyirəm. Bizim iqtisadi sanksiyalarımız var. İqtisadi sanksiyaları deyirəm, çünki biz dünya müharibəsinə girmək istəmirik”,- Tramp vurğulayıb.

ABŞ prezidenti Rusiyanın Ukraynaya qarşı müharibəsini “çox tez” həll edəcəyinə ümidlidir:“Son nəticə yoxdur, amma ümid edirəm ki, Qəzza ilə, eləcə də Ukrayna və Rusiya ilə bağlı problemləri çox tez həll edəcəyik”.

Amerika lideri Vaşinqtonun Ukraynaya hərbi yardım göstərən NATO müttəfiqlərinə silah tədarükünü artıracağını da bir daha diqqətə çatdırıb.

Eyni zamanda, Zelenskini qeyri-legitim saydığına görə Putinin onunla müqavilə imzalamayacağı barədə Rusiya tərəfindən verilən açıqlamalarla bağlı suala Donlad Tramp“Nə dediklərinin əhəmiyyəti yoxdur. Bütün bunlar cəfəngiyyatdır. Hamı sadəcə özünü kimsə hesab edir”cavabını verib.

Sahil İsgəndərov
AzVision.az

Chosen
14
azvision.az

1Sources