EN

Yeni mövsümün ilk oyununda qonaqları darmadağın etdilər - VİDEO

İtaliya A Seriyasında yeni mövsümün ilk turuna yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son matçında “İnter” öz meydanında “Torino”nu qəbul edib.

Milan klubu rəqibi üzərində böyük hesablı qələbə qazanıb - 5:0.

“San Siro” stadionunda keçirilən görüşdə ev sahiblərindən Markus Türam dubla imza atıb.

Digər qolları Alessandro Bastoni, Lautaro Martines və Bonni vurublar.

Chosen
74
2
sportinfo.az

10Sources