EN

Rostova dron hücumu: Yeddi yaşayış binası vuruldu - Video

Rusiyanın Rostov-na-Donu şəhərinə kütləvi PUA hücumu edilib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində şəhərdə azı yeddi çoxmərtəbəli yaşayış binası ziyan görüb.

Hadisə zamanı binalardan birinin damında 250 kvadratmetr sahədə yanğın baş verib.

Rəsmilərin məlumatına görə, xəsarət alan olmayıb.

Chosen
9
1
axar.az

2Sources