Aktual.az xəbər verir ki, bu sözləri BİLD qəzetinin hərbi eksperti Yulian Röpke qeyd edib.
Ekspertin sözlərinə görə, Rusiya ordusu Donetsk vilayətindəki Pokrovsk şəhərini ələ keçirməyə çalışıb:
"Ancaq avqustda şəhərə daxil olsalar da üç həftə ərzində bütün rus bölmələri ya məhv edildi, ya da əsir alındı.
Bundan əlavə, Rusiya prezidenti Vladimir Putinin şimal istiqamətində Çerniqov, Sum və Xarkov vilayətlərində "təhlükəsizlik zolağı” yaratmaq planı da baş tutmadı. Rusiya yalnız sərhəd boyunca 70 kilometrdən az ərazini nəzarətə götürə bildi. Cənubda isə Xerson və Zaporojye vilayətlərində cəbhə xətti dəyişməz qaldı və Kreml faktiki olaraq yay hücumu planlarından imtina etməyə məcbur oldu”.