EN

Beyin xərçənginin ehtimal səbəbi məlum oldu

Daily Mail yazır ki, travmatik beyin zədəsi beyin şişməsinə gətirib çıxara bilər.

E-saglam.az xəbər verir ki, amerikalı nevroloqlar Saef İzzi və Sandro Marini araşdırmalarında belə nəticəyə gəliblər ki, baş-beyin travmaları beyin toxumasının normal inkişafına mane ola bilər. Onların sözlərinə görə, beyin şişməsinin ehtimal olunan səbəbi 75 min ağır və orta dərəcəli travma hadisəsinin təhlili zamanı müəyyən edilib.

İzzi bildirib ki, orta və ya ağır beyin zədəsi alan xəstələrdə beş il ərzində şişkinlik riski artır.

“Mən bu nəticələri narahatedici hesab edirəm. İşimiz göstərdi ki, baş-beyin travması yalnız qısa müddətli deyil, həm də uzunmüddətli fəsadlara malik xroniki xəstəlikdir”, – deyə o vurğulayıb.

Marini isə qeyd edib ki, ağır və orta dərəcəli travmalar şişkinlik riskini artırsa da, bu hal ümumi olaraq çox yüksək deyil. Lakin o, belə xəstələrin yalnız təcili müalicə dövründə deyil, sağaldıqdan sonra da müəyyən müddət həkim nəzarətində qalmasının vacib olduğunu bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Chosen
29
e-saglam.az

1Sources