"Ferentsvaroş" klubu "Qarabağ"ın daha bir oyunçusu ilə maraqlanır.
Offsideplus.az xəbər verir ki, Macarıstan çempionu Marko Yankoviçi yaxından izləyir. Onlar çernoqoriyalı yarımmüdafiəçi ilə bu ilin yanvarında da maraqlanmışdı. Lakin Yankoviç özü "Qarabağ"da qalmağı üstün tutmuşdu.
"Ferentsvaroş"un 30 yaşlı futbolçu üçün yeni təklif verəcəyi gözlənilir.
Qeyd edək ki, Julio Romao da bu ilin yanvarında Ağdam təmsilçisindən ayrılaraq "yaşıllar"ın yolunu tutmuşdu.
Maraqlısı budur ki, tərəflər bu gün axşam Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində, cavab oyununda üz-üzə gələcək. İlk oyunda təmsilçimiz səfərdə rəqibini 3:1 hesablı məğlubiyyətə uğradıb.
(azerisport.com)