EN

Cəlilabadın icra başçısı bordürləri 50 min manata dəyişmək istəyir

Tribuna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Cəlilabad rayon İcra Hakimiyyəti bir gündə iki tender elanı verib.

Tribunainfo.az xəbər verir ki, dövlət qurumu iki tenderin reallaşması üçün 140 min manatdan bir qədər çox pul da ayırıb.

Belə ki, İcra Hakimiyyəti Cəlilabad şəhəri, Heydər Əliyev prospektində yarasız vəziyyətə düşmüş bordürlərin yenisi ilə əvəz olunmasını reallaşdırmaq fikrindədir. Bunun üçün 49 min 979 manat 20 qəpik xərcləməyi nəzərədə tutub.

İkinci tender isə Cəlilabad şəhərində yaşayış binaların əsaslı təmiri işlərinin həyata keçirilməsidir. Bu müsabiqə üçün ehtimal olunan qiymət isə 90 min 934 manat 34 qəpik nəzərədə tutulub.

Xatırladaq ki, Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdur. O rayona 14 sentyabr 2021-ci ildən başçılıq edir. Cəlilovun Prezidentin müşaviri Kərəm Həsənovun yaxın adamı olmasına dair açıq mənbələrdə çoxlu sayda iddialar var.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Fərda Uğur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
tribunainfo.az

2Sources