BAKI, 27 avqust. TELEQRAF
Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanan Qazaxıstanın “Kayrat” klubu “Qarabağ”la bağlı maraqlı paylaşım edib.
Teleqraf xəbər verir ki, Almatı təmsilçisi “Tik-Tok” platformasında video paylaşaraq Azərbaycan çempionuna “İndi sən” mesajı verib.
Qeyd edək ki, “Kayrat” ÇL-nin pley-off mərhələsində Şotlandiya “Seltik”ini üstələyib (0:0, 0:0, pen. - 3:2). “Qarabağ” bu gün pley-off mərhələsinin cavab oyununda Macarıstanın “Ferentsvaroş” klubu ilə üz-üzə gələcək.